1

“İslamda olanlar olduğu kimi” kitabı işıq üzü gördü

Baxış: 84

Gözlədiyimiz kimi, “İslamda olanlar olduğu kimi” kitabı artıq çapdan çıxdı. Kitabın həmmüəllifi şərqşünas-ilahiyyatçı Famil Burxanoğlu birlik.az saytına fikirlərini söylədi:

“İslam dininin bəzi gerçəkləri ilə bağlı tarix boyu fikir ayrılıqları olmuş və ənənə indi də davam etdirilməkdədir. Təbii ki, bu da normal haldır. Əslində, fikir ayrılıqları İslamın və onun ana kitabı olan Quranın zaman və məkanla məhdudlaşmamasından irəli gəlir. Fikir ayrılıqların bir çox səbəbləri var. Həmin səbəblərin bəzisi müsbət olsa da, çox təəssüf ki, bəzisi neqativ mövqelərdən, Quran və sünnəyə əsaslanmaq əvəzinə, subyektiv mövqelərin dinə və Qurana yüklənməsi istəyindən qaynaqlanır. İslam dini və müsəlmanları bir an belə, gözdən qoymayan, daim pusquda durmuş düşmən bu cəhətlərədn çox məharətlə isitfadə edir. İslam dünyasında, müsəlman xalqları, o cümlədən bir ölkənin daxilindəki müsəlmanlar arasında, ikitirəlik, parçalanma, qarşıdurma yaratmaq üçün bundan yaxşı vasitə ola bilməz. Tarixin toz basmış fikir ayrılıqlarını çox düşməncəsinə emosiya ilə qabartmaq, əsrlərlə davam edən dini ənənələrin kökündən yox olduğunu pafoslu şəkildə təqdim etmək, ayrı-ayrı neqativ hallardan çıxış edərək əslində, başdan-başa gözəllik olan ümumi qanuna kölgə salmağa çalışmaq məkrli planların əsas prinsipləri olmuşdur...

Bu gün ölkəmizdə də ölkədəki sabitliyə təhlükə yaradacaq, qarşıdurmalara yol açacaq radikal, qeyri-ənənəvi, təhlükəli fikir yürüdənlər fəallaşmaqdadırlar.

Bu adamların “İslamda yoxdur, Quranda yoxdur, dinə görə bu düz deyil, elə deyil, belədir” adı altında gündəmə gətirdikləri məsələlərə nəzər saldıqda onların həqiqətən, yuxarıda qeyd etdiyimiz mənbələrdən qaynaqlandığını görürük. Tarix boyu həmin məsələlərə çox böyük müsəlman alimləri tərəfindən tutarlı cavablar verilsə də, insanların məlumatsızlığından məharətlə isitfadə edən və düşmən dəyirmanının suyunun kəsilməməsi üçün dəridən-qabıqdan çıxan tiplər hətta prinsipial olmayan ixtilaflı məsələləri də xüsusi bir həyəcanla çatdırmaq üçün canfəşanlıq edirlər.

“İslamda olanlar olduğu kimi” adlı tədqiqat işində birinci növbədə bu adamların birbaşa özləri deyil, əsaslandıqları mənbələrə böyük müsəlman alimlərinin verdikləri cavablar əsasında aydınlıq gətirməyə, yanlışlarının nədən qaynaqlandığını göstərməyə çalışmışıq.”

Müəllif həmçinin kitabın hansı mövzuları əhatə etdiyini də bildirdi:

“Dəyərli tədqiqatçı alim Təbriz Qasımovla həmmüəllifi olduğumuz “İslamda olanlar olduğu kimi” əsəri altı mövzunu əhatə edir:Quranın tərcümə və təfsiri metodikası; Vəhdət və sevgiyə çağırış edən “məvəddət” (sevgi) ayəsi; Peyğəmbərlərin məsumluğu; İslamda huri anlayışı; İslamda seyidlik, İslam nöqteyi-nəzərindən ölülərə Quran oxumaq.

Kitabın ərsəyə gəlməsində xüsusi əməyi olmuş Hacı Əhliman Rüstəmov (məsləhəçi), Hacı Ceyhun Cəfərov (məsləhətçi), Elşən Qurbanov (Ərciyəz Universitetinin ivrit dili və ədəbiyyatı üzrə müəllimi, AMEA-nın aspirantı), http://az.313news.net/ saytının əməkdaşları, xüsusilə Tural Ordubadiyə, http://birlik.az/saytının əməkdaşlarına, kitabın elmi və bədii redaktoru Vüsal Hətəmova təşəkkür edirik.”


Birlik.az

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz