0

Daha bir partıya sədiri Mehman Hüseynovun müdafiyəsinə qalxdı: "Qorxunun əcələ təsiri olmaz. Mehman millətə lazımdır. Onu məhv etməyin. azad edin!"

Baxış: 409
Daha bir partıya sədiri Mehman Hüseynovun müdafiyəsinə qalxdı: "Qorxunun əcələ təsiri olmaz. Mehman millətə lazımdır. Onu məhv etməyin. azad edin!"

Press-az.com xəbər verir ki,Vətəndaş  İnkişaf Partiyasının sədri Əli Əliyev özünün facebook sosial şəbəkəsindəki şəxsi hesabında  tanınmış bloger Mehman Hüseynovu müdafiə edən status paylaşıb.Həmin  statusu olduğu kimi nəzərinizə çatdırırıq.

Bu gün cəmiyyətin diqqəti, blogger Mehman Hüseynova qarşı olan haqsızlığa və onun mərdanə fədakarlığı, aclıq aksiyasına yönəlib. Cəmiyyət mümkün qədər etiraz edir. Belə də olmalıdır. Amma nədən iqtidar bu "torba" əməliyyatına indi əl atdı? Axı, bu günə qədər üzə duranlar, həbs müddətinə bir neçə gün qalmış hərəkətə keçirdi. Mehmanın qazamat həyatına bir neçə ay qalan vaxt, ölkənin bayram ərəfəsində olduğu günlərdə belə əməliyyat hansı niyyətdən xəbər verir?

Fikrimcə, iqtidar bu qərarla daha bir neçə alt məqsəd güdür. Kimsə prezidenti inandırıb ki, bu yolla cəmiyyəti qorxutmaq olar. Yaxud fəal olub, hakimiyyətə biyət etməyənlərin həbsdə ömürlük qalacağı təəssüratını yaratmaqda fayda var. Daha nələrsə, Allah bilir.
Mənə görə, bu addım oyanmaqda olan toplumun diqqətini əsas proseslərdən yayındırıb, törəmə fəsadlara fokuslamaqdır. Yaranmaqda olan etiraz dalğasının təşkilati formatı- Xalq hərəkatının yaranışını kölgəyə salmaqdır. Bu yolda bir gəncin taleyini sındırmaqdan belə çəkinmirlər. Mehmanın orqanizmində yarana biləcək geridönməz proseslər onları qorxutmur. Çünki özləri bərk qorxur və narahatdırlar.
Belə manevrlər Xalq hərəkatının qarşısını ala bilməyəcək. Çünki Mehmanın həbsdə olmasının, digər ictimai, siyasi, sosial və digər müşküllərimizin kökü yanlış idarəçilikdədir. Toplum ünvanı tanıyıb. Ünvana çatma yolunu da görməyə başlayıb. Vasitəsi də Hərəkat olacaq. Hərəkat formalaşmaqdadır. Yaranacaq da!

Qorxunun əcələ təsiri olmaz. Mehman millətə lazımdır. Onu məhv etməyin. Durun. Refleksləriniz becə yerədir. Mehmanı azad edin! 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz