0

Ağdam 71 saylı məktəbin direktor müavini 8-ci sinif şagirdini psixoloji xəstə edib...?

Baxış: 115

Ağdam 71 saylı məktəbin direktor müavini 8-ci sinif şagirdini psixoloji xəstə edib...?


Musayevlər ailəsindən Bakunews.az- bildirilən məlumata görə, övladları Vəciyyə Musayevaya qarşı məktəbdə qəbul edilməz psixoloji təzyiqlər edilməkdədir. Məsələ ilə bağlı geniş açıqlama məhz araşdırmanın bitməsindən sonra veriləcəyini ilk öncə qeyd etmək istərdik. Həmçinin qısa olaraq V.Musayevanın valideynlərinin redaksiyamıza etdiyi müraciətini təqdim etmək istərdik. Belə ki, Vəciyyə Müssuayevanın Anası qeyd edir ki, övladı 24.10.2018-ci il tyarixində məktəbdə nəzarətsiz qalaraq xəsarət almışdır. Bunun səbəbkarları isə Direktor müavini Könül Əliyeva və nəzarətçi olaraq təyin edilən şəxslərdir. Qızı V.Musayevanın xəsarət almasından dərhal sonra xəstəxanaya müraciət ediblər. Hadisənin məktəbdə baş verməsi həkimlər tərəfindən nəzərə alınaraq polisədə müraciət edilib. Daha sonra Məktəbdə direktoru müvəqqəti əvəz edən K.Əliyeva və onun diqtəsi ilə hərəkət edən 8 ci sinifin, sinif rəhbəri övladımıza qarşı psixoloji və əxlaqa sığmayan tərzlər nümayiş etdirərək övladımda özünə qapanma və "stres qıc olması" xəstəliyinə düçar ediblər. Övladım V.Musayeva aldığı xəsarətdən bir ay sonra müəllimləri və Könül Əliyevanın laqeydliyi ilə üzləşərək psixoloji travma keçirməyə başlayıb. Bir neçə dəfə sinif şəraitində şagirdlərin qarşısında təhqirə bənzər müəllim hücumuna məruz qalan V.M. problemlərini heç bir kəsə deyə bilməyib. Redaksiyamız tərəfindən dindirilən V.M. isə tam çılpaqlığı ilə desək məkəbdə nəyin baş verməsini açıqladı. Valideyn haqqlı olaraq məktəbdə övladına qarşı təzyiqlərin olmasını iddia edir. Məktəb daxilində gedən çəkişmənin qurbanına çevrilən V,M. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI"nın prinsipləri məktəb daxilində həm Könül Əliyeva həmçinin sinif rəhbəri və digər təlim tərbiyə işləri üzrə müavin Fəzilə xanım tərəfindən kobud şəkildə pozulmaqdadır - deyə valideyin iddia edir. Qanun tanımayan Ağdam 71 saylı məktəbin Direktor əvəzi Könül Əliyeva ilə əlaqə saxladıqda o bizə məhz məktəbdə heç bir qarışıqlığın olmadığını iddia etmişdi. Daha sonra məktəb daxilindən artıq Daxili İşlər nazirliyinin "102" qaynar xəttinə zəng edilməsi ilədə bağlı məlumat daxil olub. K.Əliyeva məktəbdə problemin olmadığın iddia etsədə böyük problemlərin olması artıq fakt olaraq qalmaqdadır. Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsi məsələyə müdaxilə etmədiyi təqdirdə Redaksiyamıza müraciət edən valideyn məhkəmə orqanlarına üz tutacağın qeyd edib.

Sonda qeyd etmək istəyirik ki, V.Musayevanın səhhətinin kəskin dəyişilməsində valideynlər məhz məktəbdə hazırda rəhbər olan Könül Əliyevanı günahlandırmaqdadırlar.

Araşdırma davam edir.
ARDI VAR! 

Növbəti yazının ANONSU

- RTŞ Könül Əliyevanın müdafiəsinə qalxan Şakir kimdir...?

- V.M sudurğa keçirməsi zamanı Könül Əliyeva ona deyin gedib yerində sakit otursun ifadəsini nəyə əsaslanaraq söyləyib...? VİDEO SUJETDƏ

- 8ci sinifin rəhbəri hansı ədəb qaydalarına sığmayan ifadələri təhsil ocağında işlətməkdədir...?

- Video sujetdə valideyn hansı məsələlərə toxunub..?

- Dərs davamiyyətini daim pozan müəllimlərin, dərs saatlarında Könül Əliyeva hansı məqsədlə əvəz edir..., niyə bununla bağlı tədbir görülməməkdədir?

- V.Musayevanın aldığı xəsarətdən kimlər hansı qaydada cəzalanıb? ...Cəzanın sonu hansı qarşı durma ilə bitib?
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz