0

Mehmanla görüşən komitə üzvü: “Vəziyyəti yaxşıdır, heç bir narazılığı yoxdur” - FOTO

Baxış: 86

Mehmanla görüşən komitə üzvü: “Vəziyyəti yaxşıdır, heç bir narazılığı yoxdur” - FOTO


"Mehman Hüseynovun vəziyyəti yaxşıdır. O, özünü normal hiss edir, heç bir problemi yoxdur”

Press-az.com xəbər verir ki, bu barədə AzVision.az -a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Milli QHT Formunun prezidenti Rauf Zeyni məlumat verib.
O, bildirib ki, M.Hüseynov bu gün atası ilə də görüşüb: "Mehman bu gün atası, Qırmızı Xaç Komitəsinin, digər beynəlxalq təşkilatların, o cümlədən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri ilə görüşüb. Mehmanın saxlanma şəraiti, yemək və digər məsələlərlə bağlı narazılığı yoxdur. Səhhəti yaxşıdır. Həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı bir az da qaydasına düşsün. Bizimlə bir saatdan artıq görüşdə səhhətindən şikayət etmədi”. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz