0

Mübariz İbrahimovu təhqir edən Nərmin yenidən məhkəməyə verildi: Dövlətə xəyanət və casusluq...

Baxış: 340

Mübariz İbrahimovu təhqir edən Nərmin yenidən məhkəməyə verildi: Dövlətə xəyanət və casusluq...-VİDEO


Tanınmış idmançı Araz Musayev psixoloq Nərmin Şahmarzadəni yenidən məhkəməyə verib.

Press-az.com xəbər verir ki, bu haqda azxeber.com-a idmançı özü bildirib. O deyib ki, məhkəmə 22 yanvar saat 15:00-a təyin olunub.

İdmançı iddia ərizəsində Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdiyini və buna görə cəzalanmasını istəyib.


Araz Musayev Nərmin haqda Cinayət Məcəlləsinin 147 və 148 (təhqir, böhtan) maddələri ilə cinayət işinin başlanılması istəyib.

Bundan əlavə 283-cü maddə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 274-cü maddə (dövlətə xəyanət) və 276-cı maddə (Casusluq) ilə də cəzalanması ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Prosesə Xətai Rayon Məhkəməsində baxılacaq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz