0

Oktay Gülaliyev: “Qarabağ bölgəsində döyüşənlərə vətən xaini adı ilə həbs etdirmək Azərbaycan xalqına xəyanətdir ”

Baxış: 90

Oktay Gülaliyev: “Qarabağ bölgəsində döyüşənlərə vətən xaini adı ilə həbs etdirmək Azərbaycan xalqına xəyanətdir ”

Press-az.com xəbər verir ki Siyası Məhbusların Müdafiə Mərkəzinin(SMMM) koordinatoru Oktay Gülaliyev və SMMM-nin üzvləri Taleh Xasməmmədov 2017- ci ilin may ayında Tərtər bölgəsində müəmmalı şəkildə qətlə yetirilmiş və həbs edilmiş hərbşilərin ailə üzvləri ilə görüşüblər.Görüşdə hərbçilərin ailə üzvləri SMMM-nin üzvlərinə hakimiyyətin bu cür mövqeyindən narazı olduqlarını bildriblər. Oktay Gülaliyev həmin görüş barədə feysbuk profilində yazıb. Həmin statusu sizə təqdim edirik:

“ 2017- ci ilin may ayında Tər- tər bölgəsində müəmmalı şəkildə qətlə yetirilmiş və həbs edilmiş hərbşilərin ailə üzvləri görüşdük. Onlar bizimlə görüşdən öncə Prezident Administrasiyasında olub məsul şəxslərlə görüşüblər. Amma onlara verilən cavab qane edici olmamışdır…

Ailələrin verdiyi məlumata görə 2017- ci ilin may ayında ən azından 8 hərbiçi (bəziləri bu rəqəmin daha çox olduğunu iddia edir- red.) qətlə yetirilib. 24 nəfər Vətənə xəyanətdə və casusluqda ittiham olunaraq 7 ildən 20 ilə qədər azadlıqdan məhrum olunublar. Valideynlər bildirir ki onların övladları vətənə xəyanət etməyiblər. Əksinə vətənə ləyaqətlə xidmət ediblər, bəziləri xidmətdə və döyüşdə fərqləniblər. Hansısa məkrli planı ört- basdır etmək üçün onların övladlarına ağır işgəncə verib, qətlə yetirib və digərlərini də həbs ediblər…

Valideynlər bildirir ki, bəzilərinin övladı 6 gün imiş hərbi xidmətə gedibmiş. 6 günlük əsgər vətənə necə xəyanət edə bilərdi? Və ya onların tutduqları vəkil təzyiqlə işdən kənarlaşdırılıb. Prosesə yalnız hakimiyyət tərəfindən “poykavoy” vəkillər buraxılıb ki, onlar da hərbiçilərə etirafedici ifadələr vermək üçün təzyiq ediblər və s.

Orduda nələr və niyə baş verib? Övlad itirmiş və övladları uzun müddətə həbs edilmiş valideynləri dinləyib ədalətli qərar qəbul edilməlidir. Bizim də bu istiqamətdə araşdırmalarımız davam edir…”

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz