0

BU QURUMA 800 MİN MANAT AYRILDI - SƏRƏNCAM

Baxış: 42

BU QURUMA 800 MİN MANAT AYRILDI - SƏRƏNCAM


Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Sərəncam Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədi daşıyır. 

Sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılıb.

Sərəncamda bildirilir ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ötən dövr ərzində Azərbaycan Respublikasında multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz