0

SMMM-nin rəhbəri Daxili işlər Nazirliyinə çağrıldı

Baxış: 36

SMMM-nin rəhbəri Daxili işlər Nazirliyinə çağrıldı

Press-az.com xəbər verir ki tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev Daxili İşlər Nazirliyinə çağırılıb. Buna son zamanlar işgəncələrlə bağlı hazırlanan sənədlər (SMMM hesabatı) və Oktay Gülalıyev tərəfindən yazılan yazıların səbəb olduğu bildirilir.

Qeyd edək ki, Oktay Gülalıyev tanınmış hüquq müdafiəçisi olaraq daim siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olmaqla yanaşı, eləcə də ölkədəki özbaşınalıqlara və haqsızlıqlara qarşı olub.

Bu səbəbdən də Oktay Gülalıyevin Azərbaycanda demokratik cəmiyyətin formalaşması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində apardığı mübarizə təbii ki, hakimiyyəti ciddi narahat edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz