0

Bakıya uçan təyyarəyə külli miqdarda pul keçirmək istədi, saxlanıldı

Baxış: 282

Bakıya uçan təyyarəyə külli miqdarda pul keçirmək istədi, saxlanıldı

Azərbaycan vətəndaşı Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı sərhəd keçid məntəqəsindən qanunsuz yolla külli miqdarda pul keçirmək istəyib. 

“Stv24” TV xəbər verir ki, bununla bağlı Mineralnıye Vodı gömrük idarəsi məlumat yayıb. 

Bildirilib ki, martın 10-da azərbaycanlı sərhəddən 1,1 milyon rublu (28 380 AZN -red.) qanunsuz olaraq keçirməyə cəhd edib. 

Həmin şəxs vətənə dönmək üçün “Mineralnıye Vodı - Bakı” reysinə minmək istəyərkən saxlanılıb. Ancaq yoxlamalar zamanı problem olub. Məlum olub ki, o, üzərindəki külli miqdarda pulu qeydiyyata salmayıb. 

Həmin məbləğ müsadirə edilib və onu böyük həcmdə cərimə gözləyir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz