0

Qadın hüquqları müdafiəçisi Nəsrin Sotudəyə 38 il həbs, 148 qamçı cəzası verilib

Baxış: 120

Qadın hüquqları müdafiəçisi Nəsrin Sotudəyə 38 il həbs, 148 qamçı cəzası verilib

Qadın hüquqları müdafiəçisi, iranlı fəal Nəsrin Sotudə 38 il həbs, 148 qamçı cəzasına məhkum edilib.

Bu haqda onun həyat yoldaşı Rza Xəndan şəxsi Facebook səhifəsində məlumat verib.

O bildirib ki, qərar 2 haqsız məhkəmə prosesindən sonra verilib. Sonuncu məhkəmə hökmünə görə, Nəsrin 33 il azadlıqdan məhrumetmə cəzası alıb. 2016-cı ilin sentyabr ayında isə o, 5 il həbs cəzasına məhkum edilib.

İranın hicab qaydalarına etiraz səsini yüksəldən qadınları müdafiə etdiyinə görə Nəsrinin təxminən 40 il həbs və 148 qamçı cəzası ilə üzləşməsi insanı şok edir.

İslam Respublikası Xəbər Agentliyi isə hüquq müdafiəçisinin 7 il müddətinə azadlıqdan məhrum edildiyi və bu cəzanın 5 ili “milli təhlükəsizliyə qarşı cinayət törətmək və cinayətkarlıqla məşğul olmaq”, 2 ili isə “ali lideri təhqir etmək” səbəbi ilə verildiyi barədə məlumat yayıb.

Nə baş verib: 2018-ci ilin 13 iyununda evində həbs edilən N.Sotudə korrupsiya və fahişəliyə cəlb etmə, hicabsız formada ictimaiyyət qarşısına çıxmaq, ictimai asayişi pozmaqda ittiham olunur. Hakim Məhəmməd Moqişeh N.Sotudəyə qarşı qaldırılan 7 ittihamın hər biri üçün nəzərdə tutulan maksimum həbs müddətini seçib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz