0

Azərbaycanda 400-dən çox məhkum əfv oluna bilər

Baxış: 74

Azərbaycanda 400-dən çox məhkum əfv oluna bilər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası martın 6-da 2019-cu il üçün iclaslarını yekunlaşdırıb.

 

Komissiyadan Modern.az-a verilən məlumata görə, iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 1000-dən çox müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb, əfv olunacaq insanların siyahısı hazırdır.

Novruz bayramı ərəfəsində 400-dən çox məhkumun əfv olunacağı gözlənilir.

İnsan Hüquqları üzrə Birgə Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı saytımıza bildirib ki, Birgə Qrupun əfv siyahısına 54 nəfərin adı daxil edilib:

 

“Siyahı Əfv Məsələləri Komissiyasında nəzərə alınıb. Onlar da Prezidentə təqim edəcəklər”.

Hüquq müdafiəçisi ad çəkmək istəməsə də, siyahıda çox tanınmış insanların azad olunacağına əmin olduğunu bildirib:

 

“Biz də səbirsizliklə Prezidentin əfv sərəncamını imzalayacağını gözləyirik. Qismət olsa sabah əfv olunanlar haqda daha geniş danışarıq”.

 

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum  cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olunub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz