0

Gözəl Bayramlı azadlıqda

Baxış: 59

Gözəl Bayramlı azadlıqda

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Oxu.Az-ın məlumatına görə, əfv olunan şəxslər azadlığa buraxılıb.

Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı da var.

Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv sərəncamı günün sonuna kimi icra olunacaq. Qeyd edib ki, 4 saylı cəzaçəkmə müəssisəsində 25 nəfər əfv olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti martın 16-də İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz