sitename
0

“Xətai” stansiyasının açılacağı tarix bəlli oldu

Baxış: 48

“Xətai” stansiyasının açılacağı tarix bəlli oldu

Bakı metrosunun “Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin  mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, təmirə dayandırılmış "Xətai" stansiyasında işlər artıq yekunlaşmaq üzrədir:

“Stansiyada eskalatorların pillə zolaqlarının quraşdırılması sona çatıb. 18 parçadan ibarət eskalatorlar son olaraq sazlanma prosesi həyata keçirilir. Plandan kənar heç bir hadisə baş verməzsə, tədbirlər planına uyğun olaraq stansiyanın avqust ayının 10-da yenidən istifadəyə verilməsi planlaşdırılır”.

“Xətai” stansiyasının xarici görünüşü barədə danışan qurum rəsmisi mövcud mozaikanın təmir edildiyini də qeyd edib:

“Stansiyanın platformasında da bir sıra təmir-bərpa işləri görülüb. Belə ki, Şah İsmayıl Xətai ilə bağlı mövcud mozaikanın bir qədər təmirə ehtiyacı olduğunu düşündük. Bu sahədə mütəxəssislər dəvət edilib. Mozaikanın peşəkar səviyyədə bərpası da yerinə yetirilib”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz