sitename
0

Azərbaycan-Pakistan arasında hərbi əməkdaşlıq genişləndiriləcək - FOTO

Baxış: 142

Azərbaycan-Pakistan arasında hərbi əməkdaşlıq genişləndiriləcək - FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 22-də bu ölkənin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Zübair Mahmud Həyat ilə görüşüb.

 
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, eləcə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, döyüş hazırlığı, ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkili, iki ölkə ordularının bütün qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz