sitename
0

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Baxış: 109
Aprel ayının 12-də axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Press-az.com-a verilən məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov - Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi - Bakı - Sumqayıt şosesi - "Ekologiya" postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz