sitename
0

Bakıda DƏHŞƏTLİ HADİSƏ: 1 nəfər öldü - FOTO/VİDEO (16+)

Baxış: 235

Bakıda DƏHŞƏTLİ HADİSƏ: 1 nəfər öldü - FOTO/VİDEO (16+)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press-az.com "Report"a istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hündai Elantra" markalı avtomobil qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.

Qəza zamanı "Hundai"dan başqa daha iki maşına ziyan dəyib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz