0

Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR

Baxış: 263

Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR


Yaxın günlərdə MMA tarixində ən qorxunc döyüşlərdən biri baş tuta bilər.
 
Press-az.com xəbər verir ki, bir neçə il öncə "Mən İŞİD-ə qarşı döyüşəcəm” açıqlaması ilə məşhurlaşan, İranın "Hulk” ləqəbli ən nəhəng adamı Sajad Qaribi qalmaqallı açıqlama verib. O sosial hesabından bir neçə ay öncə qəfəs MMA tarixində "dünyanın ən qorxunc adamı” adını alan ingilis Martin Fordu döyüşə cağırmışdı. Artıq 2 metr boya, 143 kiloqram çəkiyə malik Martin Ford bu təklifi qəbul edib. İranlı "Hulk” isə 1.85 boya 178 kiloqram çəkiyə malikdir. İngilis mətbuatı bu döyüşü nəhənglərin döyüşü adlandırıb. Mətbuat yaxın günlərdə baş tutacaq bu döyüşü dünyanın ən böyük büdcəsi olacaq döyüşü adlandırıb. Xatırladaq ki, artıq dünyanın ən böyük şirkətlərinin bir neçəsi bu döyüşü keçirtmək üçün rəqabətə girib.
   


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz