0

Tramp onu təhqir edən aparat rəisinə əvəz tapdı

Baxış: 254

Tramp onu təhqir edən aparat rəisinə əvəz tapdı

ABŞ prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri vəzifəsini icra etmək üçün Mik Malveynini təyin edib.

Press-az.com xəbər verir ki, bu haqda “BBC News” məlumat yayıb.

Trampın “Twitter”də verdiyi açıqlamaya görə, Malveyninin sələfi general Con Kelli bu ilin sonunda vəzifələrinin icrasını dayandıracaq.

Tramp 68 yaşlı Kelliyə göstərdiyi xidmətə görə təşəkkür edərək, onun əsl vətənpərvər olduğunu bildirib.

Halbuki ABŞ mətbuatı onların arasında münasibətlərin birmənalı olmadığını yazır. Belə ki, məlumata əsasən, general Kelli postda olduğu müddətdə dəfələrlə Trampı dikbaşlıq edən “səfeh” adlandırıb.  

Bu haqda amerikalı veteran, araşdırmaçı-jurnalist Bob Vudvordun “Qorxu: Tramp Ağ Evdə” (2018) adlı memuarlarından ibarət kitabında daha geniş məlumat təqdim olunub.

İddianın mətbuata sirayət etməsindən sonra Kelli onun Ağ Ev rəhbərini təhqir etməsi ilə bağlı şayiələri hər vəchlə inkar edirdi. Nəticədə, onların münasibətləri o dərəcədə korlandı ki, Kelli və Tramp faktiki olaraq bir-biri ilə danışmırdılar.

Yeni təyinat alan aparat rəhbəri Mik Malveyni 51 yaşındadır. ABŞ prezidenti administrasiyasının inzibati-büdcə idarəsinə rəhbərlik edir. Həmin qurum Konqresə təqdim olunmazdan əvvəl illik federal büdcə layihəsini hazırlayır.

Ağ Evin sözçüsü Sara Sanders bildirib ki, yeni təyinat almasına rəğmən, Malveyni  əvvəlki vəzifəsini qoruyub-saxlayacaq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz