0

Çin pensiya yaşını kişilərdə 55 yaşına və qadınlarda 50 yaşına endirir

Baxış: 514

Çin pensiya yaşını kişilərdə 55 yaşına və qadınlarda 50 yaşına endirir

ens.az xəbər verir ki,Çin pensiya yaşının həm kişilər, həm də qadınlar üçün 5 il azaldılmasını planlaşdırılıb.

Hazırda çinli kişilər pensiyaya 60, qadınlar isə 55 yaşında çıxır. Qadın fiziki əməklə məşğul olursa, onda ona 50 yaşında təqaüdə çıxmağa icazə verilir.

Çin hökuməti öz vətəndaşlarının geniş miqyaslı sosioloji və tibbi araşdırmasına başladı və belə bir nəticəyə gəldilər ki, yaşlı insanlar ifrat fəaliyyət göstərirlər. Bu da nəticəsiz qalmır və həddindən artıq yorğunluq, depressiya, güclü stress və nəticədə həyatın davamlılığının azalmasına gətirib çıxarır.

ÇXR rəhbərliyi inanır ki, işlərin belə vəziyyəti yolverilməzdir, qüvvədə olan pensiya yaşı öz xalqının genosididir. Yaxın vaxtlarda pensiya islahatlarını yenidən nəzərdən keçirməyə qərar verib ki, bu da pensiya yaşının hər bir Çin vətəndaşı üçün azaldılmasını nəzərdə tutur. Beləliklə, kişilər pensiyaya 55 yaşında, qadınlar isə 50 yaşında (ağır işdə 45 yaş) pensiyaya çıxacaq.

Çin hökuməti əmindir ki, pensiya yaşının azaldılması ölkənin iqtisadiyyatına güclü təsir göstərməyəcək, belə ki, texnologiyalar ağır fiziki əməyi maşınlarla əvəz etməyə imkan verəcək. Cari hökumətin məqsədi vətəndaşlar üçün maksimum rahat şərait yaratmaq və onların sağlamlığının qayğısına qalmaqdır.

https://www.ens.az/az/cin-pensiya-yasini-kisilerde-55-yasina-ve-qadinlarda-50-yasina-endirir?fbclid=IwAR36LoLh_gXEMiRAD4n8mZmm9kMQhlxF64Xk1kX0nMhsAnsEgH2IthG2xp8
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz