0

Tələbə qızları kirayə qaldıqları evdə öldürdü: iki gün cəsədlərin yanında qaldı

Baxış: 344
Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızları kirayə qaldıqları mənzildə qətlə yetirənin kimliyi məlum olub.

Press-az.com Milli.Az-a istinadən xəbər verir ki, tibb fakültəsinin ikinci kurs tələbələri Buket Yıldız (20) və Zeynəb Hüseynbəylinin (22) Yıldızın keçmiş sevgilisi olduğu iddia edilən Hüsnü Can K. tərəfindən bıçaqlanaraq öldürülməsiylə bağlı detallar təsdiqini tapıb.

Polis qızları öldürdükdən sonra iki gün cəsədlərinin yanında qalan, "Rinkov" kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç.-nin axtarışlarını davam etdirir.

Şübhəlinin sosial şəbəkə hesablarında "Criminal Case video" oyunu paylaşımları üzə çıxıb.

Buketin atası "Qızım qatillə 1 il öncə tanış olmuşdu. Hal və davranışları xoşuna getmədiyi üçün onunla görüşmək istəmirdi. Ancaq qatil qızımdan əl çəkmədi" deyib.

Qohumların dediklərinə görə, qatil sevgili Türkiyədən Ukraynaya Buketi görməyə gedibmiş. Evə girdikdə Buketlə mübahisə edib. Qızlar onu evdən çıxarıblar. Sonra Zeynəb marketə gedib. Qatil küçədə plan qurub. Zeynəbin evdən çıxmağını fürsət bilib, evə daxil olub. Buketi evdə bıçaqlayıb. Zeynəb də marketdən qayıtdığında bıçaqlanıb.

Hüsnü Can Ç-nin 2 yanvarda Ukraynadan Türkiyəyə "uçduğu" təsdiq edilib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz