0

Qar səbəbindən Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsinə gedən magistral bağlanıb

Baxış: 91

Qar səbəbindən Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsinə gedən magistral bağlanıb

Gürcüstan ilə Rusiya arasındakı “Kazbek-Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə gedən avtomobil magistralı yanvarın 6-da səhər saatlarında bağlanıb.

Press-az.com xəbər verir ki, buna səbəb qarın aramsız yağması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin yaranmasıdır.

Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentindən bildiriblər ki, güclü qar səbəbindən Mtsxeta-Stepantsminda–Lars avtomagistralının Qudauri-Kobi hissəsində də avtomobillərin hərəkətinə qadağa qoyulub.

Bundan başqa, magistralın Mleta-Qudauri hissəsində də avtomobillərin dayanmasına icazə verilmir.

Yollarda Dövlət Yol Polisinin post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Yolun nə vaxt açılacağı hələlik məlum deyil.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz