0

Rusiyada hamilə qalmamaq üçün dərman içən qız öldü

Baxış: 33

Rusiyada hamilə qalmamaq üçün dərman içən qız öldü

Rusiyanın Yoşkar-Ola şəhərində yuxarı sinif şagirdi olan qız hamiləliyə qarşı həb qəbul etdikdən sonra reanimasiyada dünyasını dəyişib.

Press-az.com xəbər verir ki, bu barədə “Meqatümen” portalında məlumat yayılıb.

Portalın məlumatına görə, Yeni ilə bir neçə gün qalmış qız 16 yaşlı sevgilisi ilə intim əlaqədə olub. Cütlük əlaqə zamanı qoruyucudan istifadə etməyib. Hamilə qalacağından ehtiyat edən qız hamiləliyə qarşı bir neçə həb qəbul edib. Çox keçmədən şagirdin halı pisləyib və o, xəstəxanaya çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, o, bir neçə gündən sonra reanimasiyada dünyasını dəyişib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz