0

Tramp Türkiyəni hədələdi: Məhv edəcəyik, əgər... - SAVAŞ ÇIXARDACAQ SÖZLƏR

Baxış: 373

Tramp Türkiyəni hədələdi: Məhv edəcəyik, əgər... - SAVAŞ ÇIXARDACAQ SÖZLƏR

Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacaq.

Press-az.com xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Kürdlərin mövqelərinə hücum edəcəkləri halda, biz Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. İyirmi mil enində təhlükəsizlik zonasını yaratmaq lazımdır. Eyni zamanda mən istəmirəm ki, kürdlər Türkiyəni, Suriyanı, Rusiyanı və ya İranı təhrik etsinlər. Onlar İŞİD-in dağıdılmasına ən böyük töhfə verdilər. Biz bunun üçün onlara minnətdarıq, amma indi qoşunları evə qaytarmaq lazımdır”, - Amerika prezidenti yazıb.

Yanvarın 11-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Amerika qoşunlarının çıxarılmasından sonra Suriya kürdləri çox çətin vəziyyətdə olacaqlar. Onun sözlərinə görə, Vaşinqton kürdlərə hücum etməyəcəyi barədə Ankaranın zəmanət verməsinə bel bağlayır.

Amerika məmurlarına istinadən “Reyters” agentliyi ötən ilin dekabrın sonunda yazırdı ki, ABŞ-ın hərbi komandanlığı Ağ Ev üçün tövsiyələr hazırlayır. Tövsiyələr qəbul olunarsa, kürd qruplaşmaları Birləşmiş Ştatlardan zirehli texnika, minaatanlar və tank əlehyinə raket kompleksləri ala bilərlər.

Qeyd edək ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesinə yanvarın 11-də başlanılıb. ABŞ Prezidenti Donald Tramp 2018-ci il dekabrın ortalarında Suriyada İŞİD üzərində qələbəni elan edib və bildirib ki, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi.

Türkiyə isə hazırda Suriyanın şimalında terror təşkilatlarına qarşı əməliyyata hazırlaşır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz