0

Paşinyanın populizmi Ermənistanda nəyə gətirib çıxardı? - RƏY

Baxış: 67

Paşinyanın populizmi Ermənistanda nəyə gətirib çıxardı? - RƏY

Başqasına quyu qazan özü düşər. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın müəmmalı bədən hərəkətlərini təxminən bu tezislə xarakterizə etmək olar. Ermənistanlı siyasətçi əvvəldən yalnız taktika seçib. Hakimiyyətin olimpinə anti-rusiya şüarları ilə yüksəlmiş və yeni vəzifə almış “Qavroş” Nikol Paşinyan Kremlin inamsızlığına səbəb olmuşdu.

“Müstəqillik, demokratiya və insan haqları qəsri kimi Qərb istiqamətində sərt viraj Ermənistan hakimiyyətinə gözlədiyi nəticələri vermədi. Bu yaxınlarda ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri zamanı sonuncu Ermənistanın ABŞ silahları ilə tədarükünün mümkünlüyünə toxundu. Onun sözlərinə görə, ABŞ silahları Rusiya istehsalı olan silahlardan daha yaxşıdır.

Bu açıqlama Ermənistan icmasında gözlənilən ajiotaja səbəb oldu. Üstəlik, bütün erməni millətinin yeni lideri Paşinyan şəxsən “Moskva filinə” hürərək, “Sem əminin” bəraətini qazanmağa çalışdı. Bəyanatında Paşinyan bildirdi ki, Ermənistan hakimiyyəti öz fəaliyyətini çərçivələrlə məhdudlaşdırmayacaq və ABŞ-dan sərfəli təklif gəlsə, Yerevan ABŞ silahlarının alınması məsələsinə baxacaq.

Paşinyanın populizmi müəyyən nəticələr verdi və ruhlanan ermənilər xam xəyalları reallıq olaraq qəbul etməyə başladılar.  Daha dəqiq desək, özlərini “Böyük Ermənistanı” “bərpa etməyə və Rusiyaya qarşı çıxmağa qadir olan suveren bir dövlət” kimi hiss etdilər.

Ancaq Moskva Cənubi Qafqazda öz geosiyasi maraqlarını, üstəlik, inqilab eyforiyasında olan forpostunu ABŞ-a güzəştə getmək niyyətində deyildi. Ona görə bunun çox sadə bir həlli yolunu tapdı. Rusiya, sadəcə, Ermənistana tədarük etdiyi qazın qiymətini qaldırdı. Əvvəl Yerevan qazın hər 1000 kubmetrinə görə 150 dollar ödəməklə özünü firavan hiss edirdisə, Yeni ildən sonra Ermənistan hakimiyyəti çətin dilemma ilə üzləşdi: “suverenllik”,  yoxsa həyat. Bu iki yoldan birini seçməyə məcbur idi.

Üstəlik, Paşinyanın simasında ermənilər yeni “Musa” rəvayətində cənnət mannasını gözləmirdilər. Paşinyanından “yağ çörək” gözləyən, bunun əvəzində isə boş vədlərdən başqa heç nə əldə etməyən ermənilərin onun hərəkətlərindən razı qalmadığını müşahidə edirik. Burada xüsusi olaraq süd məhsullarına hər hansı eyham yoxdur.

Siyasi kolliziyalar girdabında batan Paşinyanın bir çıxış yolu var idi: balanslaşdırılmış xarici siyasət illüziyası yaratmaq. Məhz bu səbəbdən o son açıqlamasında Ermənistanın xarici siyasətdə hər hansı kəskin dəyişiklik etməyəcəyini bildirdi. “Euronews”a verdiyi müsahibədə xarici siyasətdən söz açarkən Avropa ittifaqının Ermənistan üçün olduqca vacib olduğunu və Ermənistan biznesi üçün böyük bazar olduğunu qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə bağlanmış sazişə gəlincə, Ermənistan onu yerinə yetirmək niyyətindədir; sazişin ölkənin ictimai-siyasi həyatın müxtəlif sahələrində islahatların aparılmasını nəzərdə tutduğunu vurğulayıb.

“Biz institut baxımından Ermənistanda demokratiyanı möhkəmləndirmək niyyətindəyik və bu məsələdə Avropa İttifaqının dəstəyinə ümid edirik”, - deyə o bildirib.

Görünür, Paşinyan elə sanır ki, “incə buzov iki inəkdən süd əmir” məsəlini Ermənistan reallığında da tətbiq etmək olar. Ancaq problem ondadır ki, “inəklərdən” biri artıq yorulub, ikincisi isə çox merkantildir, öz qiymətini bilir və elə-belə təslim olan deyil. Sözlər də nə vaxtsa qurtarır, ancaq sadə olmayan həyat davam edir...


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz