0

Yunanıstan lideri Türkiyəyə tərif yağdırdı

Baxış: 34

Yunanıstan lideri Türkiyəyə tərif yağdırdı

Türkiyə dörd milyon qaçqın qəbul edib və dünya birliyi bu faktı nəzərə almalıdır.

Bunu “Anadolu” agentliyinə müsahibəsində Yunanıstan baş naziri Aleksis Tsipras deyib.

“Avropa İttifaqı öz qonşusuna kömək etməlidir”, - deyə o vurğulayıb.

Tsipras həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışıb. O bildirib ki, bu münasibətlər hörmət, səmimiyyət və dürüstlüyə əsaslanır.

Tsipras xatırladıb ki, Yunanıstana ilk səfər etmiş Türkiyə rəhbəri məhz Ərdoğan olub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz