0

Adnan Oktarın "həyat yoldaşı"ndan şok sözlər: "18 yaşıma qədər mənə təcavüz etdi, sonra..."

Baxış: 71

Adnan Oktarın "həyat yoldaşı"ndan şok sözlər: "18 yaşıma qədər mənə təcavüz etdi, sonra..."


Adnan Oktarın təşkilatında 7 il qaldıqdan sonra xaricə qaçan S. İ. zərəçəkmiş olaraq istintaqa ifadə verib.

Press-az.com Sputnik-ə istinadən xəbər verir ki, S.İ. veridyi ifadədə bildirib ki, 16 yaşında Adnan Oktarla imam nikahı ilə evləndirilib. 18 yaşında isə başqa biri ilə rəsmi nikahla evləndirilib. Daha sonra isə boşanaraq yenidən Adnan Oktarla evləndirildim.

"18 yaşıma qədər mənə əl ilə təcavüz etdi. Daha sonralar isə razılığım olmadan mənimlə birlikdə oldu" deyən S. İ. bildirib ki, Oktar təşkilatına 1987-ci ildə daxil edilib.

"Liseydə təhsil aldığım zaman mən və 3 rəfiqəm Cenk adlı biri tərəfindən təşkilatla tanış edildik. Sonradan 1988-ci ildə Oktar mənimlə evlənmək istədiyini dedi. Mən də qəbul etdim. Adnan Oktar hərdən məndən məktəbli kimi, hərdən isə rəqqasə kimi geyinməyimi istərdi. Oktarla evliliyim 1994-cü ilə qədər davam etdi. 1990-ci ilə qədər Oktar bir çox qadınla dini nikahla evləndirilmişdi. Qadınlar hamilə qaldıqlarına görə təşkilatdan başqaları ilə rəsmi nikahla evləndirilirdilər. Uşaqlar doğulduqdan sonra isə boşanırdılar. Sonradan uşaqlar harasa göndərilirdi. 7-8 uşaq doğulmuşdu" deyən qadın 1994-cü ildə xaricə qaçdığını bildirib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz