sitename
0

Həbsdən qaçıb məscidə gəldi, arxasındakı şəxs polis çıxdı... - İNANILMAZ HADİSƏ

Baxış: 238

Türkiyənin Amasya şəhərində həbsxanadan qaçan Atilla K. məscidə gedib. Lakin məsciddə polis tərəfindən saxlanılıb.

Onun arxasında namaz qılan şəxs isə polis əməkdaşı olub.

Polis Harun Şahin məhkumu arxadan görən kimi tanıyıb. Dərhal məsciddəki digər polis əməkdaşlarına xəbər verib. Onlar da məscidin çıxışında gözləyib. 14 müxtəlif maddə ilə ittiham edilən məhkum məsciddən çıxarkən saxlanılıb. Həbsxanaya yerləşdirilib.(publika)

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz