sitename
0

Özünü öldürən şəxsin “Araz” marketin filial müdiri olduğu təsdiqləndi – Açıqlama

Baxış: 59

Bərdə rayonunda intihar hadisəsi baş verib. Belə ki, intihar hadisəsi rayonun Heydər Əliyev prospekti, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.

Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü evinin həyətində yerləşən çardaqdan asaraq intihar edib. T.İsgəndərovun “Araz” marketin Bərdə filialının müdiri olduğu bildirilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova hadisənin şəxsi zəmində baş verdiyinin ehtimal edildiyini bildirib:

“Hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaqdır.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz