sitename
0

Azərbaycanda porno film çəkən gənc: Cəmiyyətimiz seksual aclıqdan xilas olacaq

Baxış: 545

“Facebook”un Azərbaycan seqmentində pornofilmin çəkilişi üçün kastinq elanı yerləşdirilib. Sosial şəbəkə istifadəçilərinin reaksiyası özünü gözlətməyib. Tənqidi şərhlər, təhqirlər və həmin şəxsin cəzalandırılması ilə bağlı çağırışlar töküldü.

Press-az.com məlumatına görə, Media.Az Azərbaycanda porno film çəkməyə hazırlaşan 22 yaşlı videoqraf Ceyhun Məmmədovla danışıb.

C.Məmmədov açıqlamasında bildirib ki, bu zarafat deyil:

“Mən özü ünvanıma təhqirləri qəbul etmirəm. Dünən məni təhqir edən altı nəfər saxlanılıb və məsuliyyətə cəlb edilib. Onlara 30 həbs cəzası verilib”

C.Məmmədov həmçinin qeyd edib ki, gördüyü işin qanunla qadağan olunduğundan xəbəri var.

Onun sözlərinə görə, 24 nəfər kastinqə yazılıb və canlı efirdə üç mərhələni keçməyə razılıq verib.

Gördüyü işin müsbət tərəflərindən danışan Məmmədov qeyd edib ki, bu cəmiyyəti seksual aclıqdan xilas edəcək.

“Aktyor və aktrisalar üç meyar üzrə seçiləcək: artistlik, psixoloji hazırlıq və sağlamlıq. Hər kəs porno ulduz ola bilməyəcək”, - deyə o bildirib.

C.Məmmədov həmçinin bildirib ki, Azərbaycan cəmiyyətinin buna hazır olmadığını demək olmaz.

“Videonu bizi tənqid edənlər baxacaqlar. Onlar bizim filmi öz tanışlarına göstərəcəklər. Maraq yaranacaq. Bizim videoya baxanda beyniniz təmizlənəcək. Evlənmək məcburiyyətindən olanların bədbəxtliyi bitəcək. Və heç fahişəliyin təbliğatı olmayacaq.  Porno – yeni dövrün göstəricisdir. Porno insanların şüurlarında inqilabın qalib gəlməsinə kömək edəcək”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz