0

Fagma Tibb Mərkəzi şəhid ailələri üçün tamamilə ödənişsiz yeni aksiyaya başladı.

Baxış: 153

Fagma Tibb Mərkəzi şəhid ailələri üçün tamamilə ödənişsiz yeni aksiyaya başladı.


Azərbaycanın müstəqiliyi və dövlətimizin qorunması uğrunda canını fəda etmiş bildiyiniz kimi minlərlə şəhidlərimiz var. Amma çox təəssuflər olsun ki, onların ailələrinə bəzən dövlət məmurları tərəfindən yetərincə qayğı göstərilmir və layiqli qiymət verilmir. Ölkə başçısı İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimiz haqqında çıxışlar edərkən onlara dövlət məmurlarının xüsusi diqqət ayırması haqqında dəfələrlə tapşırıqlar versə də, bunu bu günə kimi qulaq ardına vuranlar da var. Amma bəzən həyatımıza iş adamları, biznesmenlər, firma rəhbərləri xeyirxah niyyətlərlə daxil olur ki, həmin məmurlardan fərqli olaraq şəhid ailələrinə hər zaman diqqətləri ilə seçilirlər. Uğurlu fəaliyyətləri ilə əldə etdiklər imkanlardan ayıraraq onlara əllərindən gələn yardımı əsirgəmirlər. Azerbaycanrealligi.com xəbər verir ki, bunlardan biri də Fagma Tibb Mərkəzdir. Mərkəz facebook sosial şəbəkəsində özlərinə məxsus olan səhifə vasitəsilə maraqlı bir aksiyaya başlayıb. Sözügedən mərkəz şəhid ailələrinə dekabır ayının 20-dən 29-na qədər aşağıda sadalanan analizləri tam pulsuz həyata keçirmək qərarı verib

Dekabır ayının 20-dən 29-a qədər Faqma Tibb Mərkəzinin rəhbərliyi şəhid ailələri üçün şəxsi vəsaitləri hesabına aşağıdakı analizləri tam ödənişsiz edir.

1) Qanın umimi analizi (8 adda)

2) Sidiyin umumi analizi

3) Qanda şəkərin analizi 

4) Laxtalanma

5) Xolesterin (fraksiyaları)

6) Yüksək sıxlıqlı

7) Aşağı sıxlıqlı

8) Cox aşağı sıxlaqlı

9) Triqliserid 

10 )Terapevt - Kardioloqun qəbulu

Ünvan; Nərimanov rayon, Molla cümə küçəsi 28.
Əlaqə telefonlari: (012) 564-13-80, (012)564- 29- 48:
Mobil: 050362-69-01
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz