0

Fəridə həmcinsi ilə nişanlanıb? - FOTO

Baxış: 391

Fəridə həmcinsi ilə nişanlanıb? - FOTO

Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın həmcinsi ilə fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Press-az.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Fəridənin  Aysel adlı xanımla səmimi fotoları birmənalı qarşılanmayıb.

Hətta onun paylaşıma yazdığı “Həyatın hər bir dəqiqəsini sevin” şərhi suallar doğurub. Onlar Fəridənin həmcinsi ilə nişanlandığını iddia ediblər. 

Məsələni dəqiqləşdirmək üçün “Qafqazinfo” F.Əzizova ilə əlaqə saxlayıb.  O, belə bir şeyin olmadığını, rəfiqəsinin ad gününü təbrik etdiyini bildirib. 

Bu arada, qeyd edək ki, xanım taekvondoçu daha sonra şəklə yazdığı şərhdə dəyişiklik edərək “Ad günün mübarək” sözlərini əlavə edib. O, nişanla bağlı rəylərin hamısını silib.


 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz