0

Nardaran sakinindən odlu silah tapıldı

Baxış: 58

Nardaran sakinindən odlu silah tapıldı

Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
“Ölkə.Az” xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş, Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. 

Onu yaşadığı evin həyətyanı sahəyə baxış zamanı, torpağa basdırılmış “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd sandıqça aşkar olunaraq götürülüb. H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək, tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini billdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz