0

Azərbaycanda 15 yaşlı oğlan qardaşını öldürdü - YENİLƏNİB

Baxış: 97

Azərbaycanda 15 yaşlı oğlan qardaşını öldürdü - YENİLƏNİB

Goranboy rayonunda 15 yaşlı yeniyetmənin 17 yaşlı qardaşını bıçaqlaması barədə xəbər vermişdik.

Press-az.com Trend-ə istinadən xəbər verir ki, qardaşını qətlə yetirən şəxs saxlanılıb.

Məlumatda bildirilir ki, yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü Xəlil Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İsmayıl Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində X. Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.

İ.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib və istintaq hərəkətləri davam etdirilir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində X.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

09:43

Goranboyda 17 yaşlı oğlan qardaşı tərəfindən öldürülüb.

Press-az.com-un məlumatına görə, qardaşlar birlikdə oyun oynayıblar. 

Bu zaman onların arasında mübahisə yaranıb. 2004-cü il təvəllüdlü Xəlil Məmmədov bıçaqla qardaşı, 2002-ci təvəllüdlü İsmayıl Məmmədovun ürək nahiyəsinə zərbə vurub. Sonuncu aldığı zərbədən yerindəcə keçinib. 

Hazırda Goranboy Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz