0

“Beynəlxalq Bank işi” üzrə məhkum olunmuş şəxsə rəhbər VƏZİFƏ VERİLDİ

Baxış: 98
“Beynəlxalq Bank işi” üzrə məhkum olunmuş şəxsə rəhbər VƏZİFƏ VERİLDİ

Azərbaycan Sənaye Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.

Press-az.com finans.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Kənan Orucov təyin edilib.

Bankdan verilən məlumata görə Kənan Orucov 23.09.1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir.1990-cı ildən etibarən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 2016-cı ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində işləmişdir.

Onuda qeyd edək ki, Kənan Orucov məhşur Beynəlxal Bank işinin fiqurantlarından biri olub. O, 2015-ci ildə həbs olundu və ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açıldı. Lakin 2016-cı ilin fevralında Nərimanov Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Orucov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirli bilinib, şərti cəza aldı. Hazırda sınaq müddəti başa çatıb.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz