0

Azərbaycanda 18 yaşlı nişanlı qız dəhşət yaşadı – Vəziyyəti kritikdir

Baxış: 27

Azərbaycanda 18 yaşlı nişanlı qız dəhşət yaşadı – Vəziyyəti kritikdir

Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi ev- 9 ünvanında 2001-ci il təvəllüdlü Qarayeva Səbinə Seymur qızı 5-ci mərtəbədən yıxılıb. Ağır xəsarətlər alan 18 yaşlı qız Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin kritik-ağır olduğu və hazırda komada olduğu bildirilir.

Qeyd edək ki, 5-ci mərtəbədən yıxılan qız nişanlıdır və yaxın vaxtlarda toyu planlaşdırılır. Dünən onların evinə oğlan evi qonaqlığa gəlib. Daha sonra evdə təmizlik işləri görən Səbinə pəncərədən yıxılıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz