0

Tanınmış rəqqas Şəhriyar Cəfərov qanunsuz olaraq işdən çıxarıldığını iddia edir

Baxış: 135

Tanınmış rəqqas Şəhriyar Cəfərov qanunsuz olaraq işdən çıxarıldığını iddia edir


Müdafiə Nazirliyinin Həzi Aslanov adına Zabitlər Evinin ansamblının xoreoqrafı Şəhriyar Cəfərov qanunsuz olaraq işdən çıxarıldığını iddia edir. Bu barədə Bakupost.az-a o, özu şikayət məktubu ünvanlayıb.Şəhriyar Cəfərov məktubunda yazır ki, 2011-ildən 2018-ci ilin noyabrına qədər adıçəkilən qurumda xoreoqraf-məşqçi pedaqoq vəzifəsində işləyib. 2018-ci ilin noyabr ayında isə əvvəlcədən heç bir xəbərdarlıq olmadan, işlədiyi ştat qəfildən ləğv edilib, rəhbərlikdən başqa ştata işə keçirilməsini xahiş etsə də, heç bir işlə təmin edilməyib.

Şikayətçi yazır ki, sonradan ləğv olunan ştatın adı dəyişdirilib, rəqs üzrə repetitor qoyulub və həmin işə heç bir xoreqorafiya təhsili olmayan qeyri-ixtisas bir təyin edilib: "Hələ də ansamblın xoreoqrafı yoxdur. Mən Rusiyada təhsil almışam, SSRİ-nin xalq artisti Mahmud Esambayevin yeganə azerbaycanlı tələbəsiyəm. Ali təhsilli xoreoqraf-rəqqasam. Beynəlxalq müsabiqələr laureatıyam. Azərbaycanda "Xocalı" və "20 yanvar" mövzusuna xoreoqrafik quruluşlar edən ilk xoreoqrafam. Bu quruluşlar AZTV-də yayımlanıb və "Qızıl arxiv”də qorunur. Hərbi ansamblda işlədiyim dövrdə rəhbərliyim və yuxarı komandanlıq tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmışam. Müdafiə nazirinin müavini Kərim Vəliyev və Silahlı Qüvvələrin Baş Qərargah Nəcməddin Sadıkov tərəfindən fəxri fərmanlarla təltif edilmişəm. Ansamblın repertuarında quruluş verdiyim rəqslər və xoreoqrafik kompozisiyalar indi də ifa olunur”.  

Ş.Cəfərov deyir ki, problem ilə bağlı dəfələrlə yuxarı komandanlığın qəbuluna yazılsa da, onu qəbul edən olmayıb.

Şikayətçi məktubunda Müdafiə Nazirliyindən üzləşdiyi problemin həlli ilə bağlı kömək istəyir, işdən niyə çıxarıldığına aydınlıq gətirilməsini xahiş edir.

Analoq.az
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz