sitename
0

Xınalıq yolunda qar uçqunu baş verib

Baxış: 99

Xınalıq yolunda qar uçqunu baş verib

Quba-Xınalıq yolunda günorta saatlarında qar uçqunu baş verib.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Quba-Xınalıq yolunun 33 km-də qar uçqunu qeydə alınıb:

“Hadisə nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə agentliyin texnikaları cəlb edilir. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır”.

Anar Nəcəfli qeyd edib ki, hər il bu cür hadisələr qeydə alınır:

“Çətin relyefə malik ərazidir. Sürücülərə həmin istiqamətə hərəkət etmək tövsiyə edilmir. Çünki əraziyə qar yağmağa davam edir. Müəyyən problem yarada bilər”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz