sitename
0

Xızıda “şübhəli” 110 toyuq aşkarlandı

Baxış: 612

Xızıda “şübhəli” 110 toyuq aşkarlandı

Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi Xızının kəndində avtomobildə 110 ədəd sənədsiz toyuq aşkarlayıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində keçirilib.

Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz