sitename
0

Sayt redaktoruna şərti cəza verildi

Baxış: 104

Anar Məmmədov 2 il sınaq müddəti olmaqla 5 il 6 ay şərti cəza aldı

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının redaktoru Anar Məmmədov barəsində hökm oxunub.

Xatırladaq ki, 2018-ci il iyulun 9-da Baş Prokurorluq İnternetdə 2018-ci ilin yayında Gəncə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə və Mingəçevirdə enerji böhranı ilə bağlı “yalan məlumatların” və “qanunsuz çağırışların” yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Məmmədova qarşı CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Martın 12-də prokuror Məmmədovun iki il sınaq müddəti olmaqla, 5,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məkum edilməsini istəyib. Martın 15-də vəkil və Məmmədov son sözlə çıxış ediblər və jurnalistə bəraət verilməsini istəyiblər. Vəkil bildirib ki(Turan), jurnalistin ittiham olunduğu nəşrlər başqa KİV-lərdən götürülüb. Ümumiyyətlə, müdafiə tərəfin fikrincə, nəşrlər ifadə azadlığına uyğun idi.

Bu gün məhkəmə hökmü elan edib, dövlət ittihamçısının təklifini tamamilə təmin edib. Müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil və ondan şikayət vermək niyyətindədir.

Bir müddət əvvəl müstəqil ekspertlər jurnalistlərin Gəncə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin və Mingəçevir İES-də qəza ilə bağlı yaranmış böhranın işıqlandırılmasına görə cinayət təqibinə məruz qoyulmasının əsassız olduğunu bildiriblər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz