sitename
0

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən evi dağıdılan şəxs baş verən hadisə ilə bağlı açıqlama veridi(VİDEO)

Baxış: 166
"Çamur at ləkəsi qalsın" Çox təəssüflər olsun ki bəzi mətbu orqanları bu atalar məsəlini günün tələbi səviyyəsinə qaldırıblar.
Bəzi media mənsubları 09..04.2019-cu il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində məhkəmə qətnaməsinin icrası ilə bağlı baş vermiş söküntü hadisəsini Abşeron RİHB İradə Gülməmmədovanın adına bağlamağa çalışmışdılar. Özlərini azad mətbuat nümayəndəsi hesab edən belə KİV əməkdaşları əslində "kiv" haqqında qanunun tələblərini kobud şəkildə pozmuş olurlar.
"Xəbərfakt.Az"İnformasiya Agentliyinin əməkdaşlarının apardığı araşdırmadan sonra məlum olmuşdur ki, Saray qəsəbəsində 1999-cu ildən məskunlaşmış vətəndaşın tikdirdiyi ev, başqa bir vətəndaşın dövlət qeydiyyatına alınmış torpaq sahəsində olub. Hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qətnaməsi ilə torpaq sahəsinin boşaldılması qərara alınmışdır.
Azərbaycan Respublikası adından çıxarılmış Abşeron rayon Məhkəməsinin məlum qətnaməsini Abşeron rayon İcra şöbəsinin icraçıları qanunun tələblərinə uyğun olaraq icra etmişdirlər.
Təqdim etdiyimiz videoçəkilişdə həqiqətləri aydın şəkildə görmək olar.
  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz