sitename
0

Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi

Baxış: 329

Sosial şəbəkələrdə “Ruzigar“ ləqəbi ilə tanınan reper Aydın Hüseynovhəbs olunub.

Axşam.az-ın məlumatına görə, buna səbəb onun “Mal mal” adlı mahnısıdır.

 




“Ruzigar“ Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən ötən gün həbs edilib.

Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər. Bu barədə məlumatı ifaçının prodüseri də təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə “Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev 30 gün müddətinə həbs edilmişdi.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz