0

Ramzan Kadırov 30 uşağı İraq türməsindən azad etdi

Baxış: 338

Ramzan Kadırov 30 uşağı İraq türməsindən azad et

Göyərtəsində İraq türmələrindən azad edilmiş 30 rusiyalı uşağın olduğu təyyarə Bağdaddan havaya qalxıb. Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, bunu Çeçenistanın başçısı Ramzan Kadırov deyib.
“Rusiyalı uşaqların vətənə qayıtması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə aparılan iş bir dəqiqə də olsun dayanmayıb”, - Kadırov deyib.
Rusiyaya qayıdan uşaqlardan 24-ü Dağıstandan, 3-ü Çeçenistandan, daha 3 nəfəri isə Moskva və Penza şəhərlərindəndir. Onlar İraqa İŞİD-ə qoşulmaq üçün gəlmiş valideynləri ilə yollanıblar. Radikal qruplaşma ləğv ediləndən sonra İŞİD döyüşçüləri uşaqları ilə birlikdə həbs ediliblər.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz