0

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açır?

Baxış: 36

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açır?

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələrini açmağa hazırdır.

Bu barədə “Kommersant” nəşri Rusiya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, gömrük nəzarəti məntəqələrinin Gürcüstanla Rusiya arasında ticarət və yüklərin tranziti haqqında imzalanan saziş çərçivəsində açılacağı gözlənilir.

“Əslində, saziş üzrə öhdəliklər Gürcüstanı Abxaziya və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanımağa məcbur edir. Sazişin əsas məğzi 2008-ci ildən sonra Gürcüstanın yeni gömrük sərhədlərinin cızılmasıdır”, - deyə Rusiya hökumətindəki mənbə bildirib.

Qeyd edək ki, sözügedən saziş sərhəddə gömrük məntəqələrinin avtomatik açılmasını deyil, yalnız yük axınının monitorinqi üzrə öhdəlikləri nəzərdə tutur. Monitorinqlə İsveçrənin Societe Generale de Surveillance (SGS) məşğul olmalıdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz