0

Gürcüstan Rusiyadan qaz almaq üçün danışıqlar aparır

Baxış: 20

Gürcüstan Rusiyadan qaz almaq üçün danışıqlar aparır

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya ölkəsinin Rusiyadan qaz alacağını istisna etmir.

Georgia Online” saytının məlumatına görə, o, parlament komitəsinin iclasında “Qazprom”la yeni saziş üzrə danışıqların davam etdirildiyini bildirib.

Nazir qeyd edib ki, qaz tədarükünün diversifikasiyası və optimallaşdırılması vacib təşəbbüsdür.

“Biz elə bir imkan yaratmaq istəyirik ki, qaz tədarükçüsü bir yox, birdən çox olsun. Şərtlərin yaxşılaşdırılması ilə bağlı danışıqlar aparırıq. Bu, çətin danışıqlardır və vaxt lazımdır”, - deyə o vurğulayıb.

Kobuliya nəticənin artıq bu ilin sonunadək əldə olunacağını istisna etməyib.

Qeyd edək ki, hazırda Gürcüstana təbii qaz, habelə neft və neft məhsullarının əsas tədarükçüsü Azərbaycanın SOCAR şirkətidir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz