sitename
0

Bakıda məktəbdə müəllimlər arasında dava düşdü

Baxış: 78

Bakının elit kollecində müəllimlər arasında əlbəyxa dava olub.

Press-az.com xəbərinə görə, BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”-də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

 

Münaqişə qadınların əlbəyaxa davaya çevrilib. Dava zamanı hər iki müəllim xəsarətlər alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz