sitename
0

Lənkəranskinin "qardaşı" güllələndi

Baxış: 5 634
Məşhur “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” kimi tanınan Xəmzət Qastəmirov sui-qəsdə məruz qalıb.
Yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi etdiyi məlumata görə, hadisə Almaniyanın paytaxtı Berlində baş verib.
Belə ki, günorta saatlarında silahlı 4 nəfər Qastamirova və cangüdənləri Abubakar Qstamirovla Bislan Qaytukaevə avtomatdan atəş açıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onların həyatı üçün təhlükə davam edir.
Qeyd edək ki, “Şeyx Xəmzət” 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz