0

ATƏT-in hesabatı aranı qarışdırdı- VİDEO

Baxış: 1 490

Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in müşahidə missiyasının bu gün Bakıda keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.

Press-az.com Virtualaz.org-a istinadən xəbər verir ki, missiyanın üzvləri seçkidə baş vermiş pozuntular barədə danışmağa başlayan kimi bir qrup jurnalist yerindən qalxaraq, kəskin etirazını bildirib.

Yüksək tonlarda danışan jurnalistlər missiyanın üzvlərindən hesabatlarını dəyişməyi tələb ediblər. Buna cavab olaraq, ATƏT nümayəndələri mətbuat konfransını dayandırıblar və zalı tərk ediblər.

Müəyyən müddətdən sonra onlar yerlərinə qayıdaraq mətbuat konfransının bitdiyini bildiriblər və əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.

Qeyd edək ki, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq qəzeti”nin əməkdaşı Əliqismət Bədəlov, “İki Sahil” qəzetinin özünü təqdim etməyən əməkdaşı və bi neçə başqa jurnalist müşahidə missiyasının hesabatını kəskin şəkildə qnayaraq, müşahidəçiləri birifinqə hazır bəyanatla gəlməkdə, Azərbaycana qarşı qərəzli münasibət sərgiləməkdə, azad və şəffaf şəkildə keçirilmiş seçkiyə qara yaxmaqda ittiham ediblər. 

  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz