sitename
0

Azərbaycanlı boksçu erməni idmançını nakautla məğlub etdi

Baxış: 314

Boks üzrə Azərbaycanda tanınmış idman ustası, Avropa və Dünya çempionu Rauf Ağayev bu günlərdə Moskva şəhərində keçirilən peşəkarların yarışında erməni idmançısına qalib gəlib. Boksçumuz döyüşü vaxtından əvvəl 2-ci raundda başa çatdırıb. O, texniki nakautla erməni döyüşçüsünü məğlub edib.

İnamlı qələbəsi ilə bağlı fikirlərini bölüşən Rauf Ağayev deyib ki, Rusiyanın Moskva vilayetinde peşekar boks gecesinə təklif aldım. Bu yarışda düşmən boksçularımızın da yer aldığını eşidəndə təklifi böyük məmnuniyyətlə qəbul etdim. Çünki həmişə etdiyim kimi, bu dəfəki qələbəmi də şəhidlərimizə həsr etmək fürsəti vardı. Həm də bunu ermənilər üzərində qələbə və onların gözü qabağında edə biləcəkdim. Mənim bu fikrimə dəstəyi ilk dünya cempionu Baku Fayt Lab pramoşunun direktoru Fərhad Acalovdan aldım.

Yarışda iştirakıma maddi və mənəvi dəstəyinə görə millət vəkili Rəşad Mahmudova, onun köməkçisi Emin Cəfərova, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşən Salahova və təçsilçisi olduğum BFL pramoşunun rehbərliyinə, xüsusilə Kulubun direktoru Fərhad Acalova və “Nar mobail” şirkətinə və məşqiçim Respublikamızın Əməkdar məşqçisi Yadigar Məmmədova dərin minnətdarlığımı bildirirəm.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz