sitename
0

Rusiya-Ermənistan birgə təlimləri artırılır: İrəvanın “sülh hazırlığı”

Baxış: 154

Rusiya və Ermənistan orduları bundan sonra daha tez-tez birgə təlimlər keçirəcək. 

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, artıq bununla bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtiyanın rəhbərlik etdiyi nümayəndə heyəti  ilə Rusiyanın Cənubi hərbi dairəsinin komandiri, general-leytenant Aleksandr Dvornikov arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən bundan sonra hər iki tərəf birgə hərbi təlimlərin sayını artıracaq.

Bundan başqa, Ermənistan tərəfi bildirib ki, onlar müharibə və əməliyyat təhsili sahəsində Rusiya ilə əlaqələrin davamlılığına xüsusi fikir verir və bu sahədə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlıdır.

Göründüyü kimi, bir tərəfdən Qarabağ probleminin həlli ilə bağlı diplomatik danışıqları formal olaraq davam etdirən, humanitar sahədə əməkdaşlıq təklifini dəstəkləyən Ermənistan, digər tərəfdən Rusiya ilə birgə hərbi təlimləri artırmaqdadır. Anlaşılan odur ki, İrəvan sülhə də mərmi sədaları, güllə səsi, süngü parıltısı altında hazırlaşır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz