sitename
0

Elmar Vəliyevin nömrəsini əlindən aldılar (FOTO)

Baxış: 2 690
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elmar Vəliyevin sevimli avtomobil nömrəsi əlindən alınıb.
İcra başçısı işlədiyi dönəmlərdə müxtəlif markalı avtomobillərinin üzərində gəzdirdiyi 20AA100 dövlət qeydiyyat nişanı artıq yeni icra başçısı Niyazi Bayramovun yaxın adamlarının  istifadəsindədir.
Press-az.com Gununsesi.org-a istinadən xəbər verir ki, məlum nömrə Elmar Vəliyevin 250 min qiyməti olan "Lexux”unda idi.
Bundan başqa 20 AS, AC, AB 100-lə olan digər nömrələr də Vəliyevlər ailəsinin mülkiyyətində olub.
Məlumatda qeyd olunur ki, sabiq icra başçısının oğlu Elmir Vəliyev 20 AA 100 dövlət qeydiyyat nişanını vermək istəməsə də Gəncə Regional İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarov həmin nişanı yeni başçının avtomobilinə verib.
Məlumatda qeyd olunur ki, sabiq başçının oğlu Vüqar Məmmədyarovu sərt ifadələrlə ittiham edib.
DİN BDYPİ -nin Gəncə Regional İmtahan-Qeydiyyat Şöbəsinin rəisi VüqarMəmmədyarov Gununsesi.org-açıqlamasında bildirib ki, sonluğu 100 lə bitən nömrələri Vəliyevlər özü könüllü sata bilər:
"Burada hansısa qanunsuz yolla nömrə alınmasından söhbət getmir”.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz